texniki yayım vasitələri

Proqramların istehlakçıya çatdırılması üçün istifadə olunan radioelektron vasitələrinin və texniki cihazların məcmusu

texniki nəzarət
texnogen dəyişdirilmiş radiasiya fonu
OBASTAN VİKİ
Yayım
Yayım — radio, televiziya, internet kimi hər hansı bir vasitəçi (media) vasitəsilə bir qrupa məlumat və ya proqramı ötürmək deməkdir. Yayım bir nöqtədən bir çox qəbulediciyə ötürülən və ötürülmə mühiti təkcə şəbəkə deyil, həm də radiodalğalar vasitəsi ilə yerli və ya peyk olaraq da ötürülə bilən bir ötürmə növüdür.
Rəqamsal yayım
Rəqəmsal distribusiya, həmçinin onlayn distribusiya və ya elektron proqram təminatının distribusiyası — audio, video, e-elektron kitablar, video oyunlar və digər proqram təminatı kimi rəqəmsal media məzmununun fiziki daşıyıcı olmadan çatdırılması və ya distribusiyası. Termin ümumiyyətlə kağız, optik disklər və VHS video kassetləri kimi fiziki distribusiya üsullarından yan keçərək internet kimi onlayn çatdırılma mühiti üzərində distribusiyanı təmin etmək üçün istifadə olunur. Şəbəkədə ötürmə qabiliyyətinin inkişaf etdirilməsi ilə XXI əsrdə onlayn distribusiya "Amazon Video" və "Netflix" kimi platformalarla məşhurlaşmışdır.
Yayım jurnalistikası
Yayım jurnalistikası — Köhnə metodlarla “yayımlanan” medianın əvəzinə müasir üsullar ilə translyasiya olunan qəzet və afişalar kimi xəbərlər və jurnallar sahəsidir. Yayım metodlarına radio (hava, kabel və İnternet vasitəsilə), televiziya (hava, kabel və İnternet vasitəsilə) və İnternet daxildir. Belə media şəkillər (statik və hərəkətli), vizual mətn və səslər vasitəsilə yayılır. == Təsvir etmə == Yayımlanan məqalələr “paketlər”, “oxucular”, “səsləri” (VO) və “lentdəki səs” (SOT) şəklində yazıla bilər. “Xülasə" xəbərlərin ümumi və qısa icmalı üçün düzəldilmiş bir video çarxdır və əsasən televiziyada işlədilir.Reortyor tərəfindən təqdim olunur. Səs, video,qrafika və effektlərdən istifadə olunur. "Qiraətçi" - video və ya səslə müşayiət olunmadan məqalə oxuyan şəxsə deyilir. Bəzən "ekranda rəqəmsal qrafik”-də təsvir olunur. Voice-over ya da VO, aparıcı tərəfindən təqdim edilən səsli və görüntülü yayımdır. Sound on tape ya da SOT, müsahibə səsidir.Ümumi bir müsahibəni və ya bir neçə müsahibənin önəmli hissələrini təşkil edir Radio yayım jurnalistikası üçün ilk vasitə idi.
Dərman vasitələri
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə.Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Nəqliyyat vasitələri
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
Texniki
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Avropa Yayım Birliyi
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Avropa Yayım İttifaqı
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Kütləvi informasiya vasitələri
Kütləvi informasiya vasitələri (KİV) — informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. Kütləvi kommunikasiya anlayış baxımından bir şəxs və ya bir qrup insan tərəfindən yaranan ötürücü cihaz (medium) vasitəsilə böyük bir auditoriyaya göndərilən ismarışdır. Kütləvi informasiya vasitələri isə kütləvi kommunikasiyanı ötürmək üçün istənilən mediumdur. Dövrümüzə qədər kütləvi informasiya vasitələri müəyyən edilmiş və səkkiz KİV industriyası tərəfindən təşkil olunmuşdur: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet. İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. İlk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda, əl ilə yazılmış "Günün hadisələri" adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir.
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. == Tarixi == Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Texniki bitkilər
Texniki bitkilər-məhsulu sənayedə xammal kimi istifadə olunmaq üçün becərilən bitkilərdir. texniki bitkilərə adətən əyirmə, kauçuklu, efir-yağlı, yağlı, şəkərli və dərman bitkiləri aid edilir.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bakıda kütləvi informasiya vasitələri
== Media == Azərbaycanda olan kütləvi informasiya vasitələrinin böyük qismi Bakı şəhərində cəmlənmişdir. == Telekanallar == Bakıda demək olar kı ölkənin ən iri milli telekanalları yayım aparır: AzTV (dövlət), Azad Azərbaycan (özəl), Ictimai TV (dövlət), Lider TV (özəl), Space TV (özəl), Xəzər TV (özəl), Mədəniyyət TV, İdman Azərbaycan TV. == Radio == İri şəhər radiostansiyalarından İctimai Radio, Radio Antenn, Burc FM, Lider FM Jazz və s göstərmək olar. Radiolar:ANS ÇM, Araz FM, ASAN Radio, Avto Radio (Azərbaycan), Azad Azərbaycan radiosu, Azərbaycan Dövlət Radiosu, Baku.fm, Buta FM, Bürc FM, Lider Jazz FM, Media FM. ANS ÇM Qafqaz və Mərkəzi Asiya redgionunda ilk FM-diapozonunda ilk müstəqil radio olmuşdure. == Mətbu orqanlar == Bakıda Azərbaycan (dövlət), "Zaman", "Exo" (gündəlik), "Baku Today", Yeni Müsavat, İki sahil və s. böyük tirajlı qəzetlər buraxılır.
Başqırdıstan kütləvi informasiya vasitələri
Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri. Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxır. 2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi. “Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır. == Həmçinin bax == "Başkortostan" qəzeti == Ədəbiyyat == Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.
Tayvan kütləvi informasiya vasitələri
Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri. == Dövri nəşrlər == Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır. === Qəzetlər === İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir. "China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur.
Çin kütləvi informasiya vasitələri
Çin kütləvi informasiya vasitələri — Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri. == Tarixi == Çin Xalq Respublikasında müasir tipli qəzetlərin nəşrinə XIX əsrin ortalarından başlanılmışdır. == Dövri nəşrlər == 2008-ci ildə ölkədə ümumi tirajı 35 milyard nüsxə olan dövri nəşrlərin sayı 2 mindən çox idi. Onların təqribən 20%-i Çin Kommunist Partiyasının orqanıdır. === Qəzetlər === Aparıcı ümummilli qəzetlərin hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar: "Jenmin jibao" (azərb. "Xalq qəzeti"‎) ÇXR MK-nın orqanıdır. 1948-ci ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 5 milyon nüsxədir. "Qunjen jibao" (azərb. "Fəhlə qəzeti"‎) Ümumçin həmkarlar ittifaqları federasiyasının orqanıdır.
Antiokiya Texniki Universiteti
Tecnológico de Antioquia — Tecnológico de Antioquia Universiteti İnstitutu (TdeA) kimidə tanınan, Kolumbiyanın Antioquia bölgəsində bir akademik ali təhsil qurumudur ki, texniki təhsil xidmətləri, texnologiya və peşəkar təmin edir. Qərargahı Medellin şəhərində yerləşir. Hazırda Kolumbiyanın ən yaxşı kolleclərindən biri hesab olunur.
Azərbaycan Texniki Universiteti
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. == Maddi-texniki bazası == Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
Bakı Texniki Kolleci
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Bakı Texniki Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:(ümumi orta təhsil bazası - 9 illik) Mühasibat uçotu; Avtomobil ve traktorqayırma; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Qaldırıcı-nəqliyyat tikinti maşın ve avadanlıqlarının texniki istismarı; Nəqliyyatda daşımaların təşkili; Sənaye avadanlıqlarının quraşdırılması ve texniki istismarı; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Berlin Texniki Universiteti
Berlin Texniki Universiteti (alm. Technische Universität Berlin‎) — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi == Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir. 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur. 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir. Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır. Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır. 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir. 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir.
Brno Texniki Universiteti
Brno Texniki Universiteti (çex. Vysoké učení technické v Brně) — Çexiyada universitet; texniki sahə üzrə ixtisaslaşan aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi == Brno Texniki Universiteti dünyanın zəngin tarixə malik ali təhsil ocaqlarından biridir. Onun tarixi 1849-cu ildə Alman-çex texniki məktəbinin əsasının qoyulmasından başlanır. Məktəb əsasında yaradılmış Çex Texniki İnstitutunun açılışı 1899-cu ilin noyabrında olub. Professor heyəti 5 nəfərdən ibarət olan ali məktəbdə inşaat mühəndisliyi ixtisası üzrə tələbələrin ilk qrupunun təhsilinə başlanılıb. 1900-cü ildə bir sıra yeni ixtisaslar - meliorasiya mühəndisliyi, elektrik mühəndisliyi və kimya mühəndisliyi təşkil edilib. İkinci dünya müharibəsi zamanında ali məktəbin fəaliyyətində müəyyən durğunluq yaşanır. 1945-ci ildə institut müharibədən əvvəlki formada bərpa edilir və öz fəaliyyətini davam etdirir. 1956-cı ildə institut Brno Texniki Universiteti adlandırılır.
Darmştadt Texniki Universiteti
Darmştadt Texniki Universiteti (alm. Technische Universität Darmstadt, TU Darmstadt‎) — Almaniyada universitet; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. == Şüarı == "Biz öz nailiyyətlərimiz və məzunların köməyi ilə dünyanı dəyişdirdik" - universitet özünü məhz belə xarakterizə edir. == Tarixi == Darmştadt Texniki Universitetinin əsası 1877-ci ildə qoyulub. Ali təhsil ocağı 1882-1883-cü illərdə elektrotexnika sahəsində təhsil təklif edən ilk universitet olub. Ali məktəb Almaniyanın Hessen vilayətinin cənubundakı Darmştadt şəhərində yerləşir. Bu şəhər 1997-ci ildə "elm şəhəri" rəsmi statusunu alıb. Son illərdə Darmştadt şəhərini "proqram təminatının gizli paytaxtı" adlandırmağa başlayıblar. Darmştadt Texniki Universiteti daxil olmaqla bu şəhərdə yerləşən digər ali təhsil ocaqları informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi ilə tanınır. Təsadüfi deyil ki, şəhərdə və onun ətrafında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən çox sayda müəssisələr yerləşir.
замше́ть милови́дный ни́вхка тетрало́гия донкихо́тский инкуби́ровать неотчужда́емый обсуши́ть станда́ртно сти́раксовый штрихо́вка buttoned-down erose halving land-surveying micro-opaque pettiness pull over substation wharfboat wiredrawer геркулесовский доводить задёргать разогнать